ƏSAS SƏHİFƏ
“Xırman” şirkəti 1997- ci ildən Azərbaycan Respublikasının qida sənayesi sektorunda fəaliyyət göstərir. Burada gündəlik təlabat məhsullarına aid olan çörək, un və süd məhsulları istehsal olunur.
Un istehsalı: İstehsalat kompleksində əla növ birinci və ikinci növ unlar istehsal olunur. Burada qabağcıl texnologiya hesabına və müxtəlif buğda növlərindən, bir birlərini tamamlama sxeminin tərtibi nəticəsində, yüksək keyfiyyətli un istehsal olunur.
Çörək istehsalı: Şirkətimiz çörək istehsalı sahəsində kifayyət qədər təcrübəyə malikdir. Burada uzun müddət təcrübədən keçmiş və şirkətimizə məxsus olan reseptura əsasında, hazırlanmış “Bakılı” çörəyi, Ukrayna və Rusiya texnologiyaları ilə çovdar unundan hazırlanmış “Ukrayna” və “Borodinski” çörəkləri də istehsal olunur.
Süd istehsalı: Azərbaycanın ən səfalı bölgələrindən gətirilmiş südü “Xırman” şirkətində xüsusi laboratoriya şəraitində müayinədən keçirdikdən sonra, yüksək texnoloji prosesdə pasterizə edilərək istehsala verilir. Süd emal zavodunda yeni məhsullara xüsusi yer verilmişdir. Belə ki, məhz burada, Azərbaycanda ilk dəfə qatılaşdırılmış süd və şokoladlı şirin kəsmik kimi məhsulların bir sıra çeşidləri istehsal olunur. Bundan əlavə əsl inək südündən heç bir qatqısı olmyan kərə yağları müxtəlif çeşidlərdə və çəkilərdə istehsal olunur.
|